About company

2015-ci ildə təsis edilmiş "BioHerbal Baku"MMC şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur. 10 ildən çox təcrübəmizlə biz, dünyanın aparıcı istehsalçılarının yüksək keyfiyyətli vitaminləri, qida əlavələri, tibbi və kosmetoloji vasitələrini ölkəmizə gətirərək yerli bazarda etibarlı təchizat zənciri formalaşdırmışıq.

"BioHerbal Baku" sadəcə idxal və məhsulların paylanması ilə kifayətlənmir, eyni zamanda təmsil etdiyi beynəlxalq brendlərin ORZAX, MOSSİ, IYON, SHINIQ, DAY2DAY və digər qlobal markaların Azərbaycanda tam hüquqlu rəsmiləşdirilməsi, strateji marketinqi və PR işlərinin təşkilində dərin təcrübəyə malikdir. Azərbaycanda kateqoriya inkişafında mühüm rol oynayan brend olaraq ölkənin böyük aptek şəbəkələri və qabaqcıl xəstəxanaları ilə sıx əməkdaşlığı sayəsində məhsulların hər bir istehlakçıya vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edir.