About company
BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.
Şirkət 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf FZCO tərəfindən təsis edilmişdir.
Fəaliyyətimizin əvvəlindən biz Azərbaycanda Xəzər dənizində neft və qaz istehsalı üzrə iri miqyaslı və mürəkkəb layihələrin icrasına cəlb edilmişik.
2001-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) BOS Şelflə Azərbaycan tarixində ən böyük neft-qaz layihəsi olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının tam miqyaslı işlənilməsinin 1-ci mərhələsi üçün iki ədəd dərin dəniz özülü quraşdırılması barədə müqavilə imzaladı. Müqavilədə 26,000 tonluq dayaq blokunun və 14,000 ton payaların hazırlanması və Keyfiyyət və SƏTƏM üzrə hədəflərə nail olunması şərtilə qrafikə uyğun vaxtda təhvil verilməsi nəzərdə tutulmuşdu.