About company

Bronio bizneslər üçün rezervasiya prosesini sadələşdirən və bizneslə müştərini birbaşa əlaqələndirən müasir texnologiya platformasıdır.

Bronio ilə bizneslər online rezervasiyalarını, xidmətlərini, iş qrafiklərini, əməkdaşlarını və müştərilərini vahid sistem üzərindən idarə edə bilirlər. Müştərilər isə Bronio tətbiqi vasitəsilə xidmətləri kəşf edə, uyğun vaxt seçərək rezervasiya edə və rezervasiyalarını rahat şəkildə idarə edə bilirlər.

Bronio-nun əsas fərqi yalnız bizneslər üçün rezervasiya sistemi təqdim etməsi deyil. Müştəri tərəfdə də mobil tətbiqə malik olması bizneslərin müştəriləri ilə daha birbaşa və davamlı əlaqə qurmasına imkan yaradır. Push bildirişləri, rezervasiya tarixçəsi və bizneslə birbaşa əlaqə kimi imkanlar müştəri təcrübəsini daha rahat edir.

Bizim məqsədimiz bizneslərin rezervasiya prosesini avtomatlaşdırmaq, vaxt itkisini azaltmaq və müştərilər üçün daha rahat rezervasiya təcrübəsi yaratmaqdır.

Bronio — Bütün bronlar bir yerdə!