About company

Buta Agroya, Azərbaycanda premium dərəcəli istixana pomidorlarının, kartofun, soğanın və sarımsağın ən böyük istehsalçılarından birinə, xoş gəlmisiniz. Bizim şirkətlərimizdən biri, "Aztomato" istixanalarda pomidor yetişdirir, "İsmayıllı Tərəvəzləri" isə açıq sahədə kartof və soğan istehsalı ilə məşğuldur. Ənənələrimizdən, zəngin və barlı torpağımızdan ilham alaraq ekoloji təmiz məhsullar yetişdiririk. Suvarma, gübrələmə, işıq, temperatur, havalandırma, rütubət kimi iqlim faktorlarına nəzarət etmək üçün müasir kompüter sistemindən istifadə edirik. Bizim məhsullarda GMO yoxdur.

Biz inanırıq ki, yalnız sevgi və diqqətlə görülən işin bəhrəsi olur, buna görə də işimizi qayğı ilə görürük. Bizim çalışqan işçilərimiz yetişdirdikləri hər bitkiyə qayğı ilə yanaşır, çünki yalnız bu yol ilə yüksək nəticəyə nail olmaq olar.

Buta Agro əsirlərin ənənələrini qabaqcıl texnologiyalar ilə sintezləşdirərək ən ləzzətli kartof, pomidor, soğan, badımcan, yerkökü və sarımsaq yetişdirir. Azərbaycanın gözəl iqlimi və zəngin torpaqlarında bizim fermerlər ekoloji təmiz məhsul istehsal edir.