About company

“CASPEL” – biznesə köməyə gələn IT

Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür.

“Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.

  • Biznesdə yaranan problemlərin informasiya texnologiyalarının köməyi ilə həll edilməsi;
  • Müəssisənin spesifikasiyası və fəaliyyət sahəsi nəzərə alınmaqla oradakı proseslərin avtomatlaşdırılması;
  • Proqram və aparat səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi;
  • Müəssisənin elektik enerjisinə, IT-mütəxəssislərə çəkilən xərclərinin optimallaşdırılması.

Artıq 17 ildir ki, “Caspel” şirkəti iri və orta biznes üçün IT-həllərin tətbiqi sahəsində çalışır. Zaman keçdikcə, şirkətimizin təklif etdiyi məhsul və xidmətlərə proqramlaşdırma da əlavə olundu. Hal-hazırda isə “Caspel” 3 yeni layihə: IPTV, startaplarla əməkdaşlıq və onların ekspert qiymətləndirilməsi, xüsusi mülkiyyətçi-müştəriyə hesablanmış fibro-optik şəbəkələrin və ADSL-in genişləndirilməsi – kimi layihələri irəli sürür.