About company
Caspian Energy Group 2005-ci ildə təsis edilmişdir və hal hazırda respublikamızın iri inşaat materialları idxalçılarından biridir. Şirkətin anbarlarında (15000 m2 açıq və 5000 m2 qapalı) hər zaman 400-dən çox çeşiddə yüksək keyfiyyətli müxtəlif izolyasiya və inşaat materialları saxlanılır. Şirkət inşaat sektoru məhsulları istehsalçıları – Texnonikol, Ursa, İzocam, Kronoçpan, Latonit, Sika, Basf, Euroizol kimi dünya brendlərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətimiz fəaliyyət göstərdiyi 19 il ərzində müştərilərini stabil olaraq keyfiyyətli izolyasiya məhsulları ilə təmin edərək 2000-dən çox müştərinin güvənini qazanmış və etibarlı tərəfdaşa çevrilmişdir. Son illər ərzində dövlətimizin sahibkarlığa və yerli istehsala dəstəyini hiss edərək, şirkətimiz öz istehsallarını qurmaq üzərində aktiv işlərə başlamışdır. Hazırda 3 müxtəlif istiqamətdə istehsallarımızı qurmuşuq: CPS Markası altında alçıpan profilləri və aksesuarları fabriki, Euroizol markası altında fasad dübelləri fabriki və CEG markası altında plastik meyvə yeşikləri fabriki. Bundan sonra da istehsal istiqamətində fəal çalışaraq, "Made in Azerbaijan" şüarını qürurla xarici bazarlara da çıxarmağı özümüzə məqsəd qoymuşuq. İnşaatınızı yüksək keyfiyyətli, etibarlı izolyasiya və inşaat materialları ilə təmin etmək istəyirsinizsə, Sizi şirkətimiz ilə yaxından əməkdaşlığa dəvət edirik.