Şirkət haqqında

Caspian Entertainment Company MMC 2018-ci ildə, Paşa Holdinqin nəzdində tematik əyləncə turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün fərqli təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə təsis edilmişdir.

Bənzərsiz markalarımızla biz unikal təcrübə təqdim edirik və bölgədəki ən uğurlu ailəvi butik əyləncə biznesi olmağa çalışırıq. İstəyimiz, qapımızdan keçən hər kəsə böyük təbəssüm bəxş etməkdir.

Caspian Entertainment Company MMC olaraq hər gün bütün müştərilərimizə ən yaxşı və bənzərsiz təcrübə təqdim etmək üçün çalışırıq. Uşaqların gələcəyimiz olduğuna və mütləq ən yaxşısına layiq olduqlarına inanırıq. Uşaqlarımızı və içimizdəki bütün uşaqları xoşbəxt etməyi hədəfləyirik!