Casra Group MMC

IT
About company

CASRA Group MMC - şirkəti 2015-ci ildə Azərbaycanda təsis edilmiş və fəaliyyətə başlamışdır. Şirkətimizin başlıca məqsədi rəqəmsal texnologiyaların ən son yeniliklərini araşdırmaq və inkişaf etdirməklə ölkəmizdə və digər MDB ölkələrində müxtəlif sahələrdə tətbiqini həyata keçirməkdir. Həmçinin şirkətimiz bütün icra etdiyi layihələrdə müştərilərin cari ehtiyaclarına uyğun, artan və dəyişən gələcək ehtiyaclarına onların böyüyən strukturları daxilində həllər tapmaq və  inkişaf edən texnologiya ilə birlikdə inkişaf etmələrini təmin edəcək uzunmüddətli planlar yaratmaq üçün daim çalışmaqdadır.

Şirkətimiz iri və kiçik həcmli müxtəlif müəsissələr üçün əsasən aşağıdakı istiqamətlər üzrə araşdırma, planlaşdırma, layihələndirmə, layihə idarəetmə, quraşdırma, sazlama və  optimallaşdırma və sair bu kimi mühəndislik və konsaltinq xidmətləri göstərir:

  • Texnoloji proseslərin avtomatlaşdırılması;
  • Enerji paylanması, alternativ enerji sistemləri;
  • Zəif axın və telekomnukasiya sistemləri;
  • DCS və SCADA sistemləri;
  • Coğrafi informasiya sistemləri;
  • Modelləşdirmə sistemləri;
  • GPS izləmə və monitorinq sistemləri;
  • Biznes proseslərinin avtomtlaşdırılması, böyük həcimli verilənlərin rəqəmsallaşdırılması və proqramlaşdırılması və sair.

Şirkətimiz bir çox Avropa şirkətlərinin sənayedə avtomatlaşdırma, rəqəmsallaşdırma həllərinin satışı, tətbiqi və texniki dəstəyi üzrə yeganə və səlahiyyətli nümayəndəsidir və tərəfdaşıdır.