DHL Express

Logistika
About company

“DHL Express” şirkəti 220 ölkədə fəaliyyət göstərməklə, dünyanın ən böyük çatdırılma şəbəkəsinə sahibdir. Bizim 280-dən çox təyyarəmiz, 385 minlik işçi qüvvəmiz sizə ən təkmil beynəlxalq çatdırılma imkanlarını təqdim edir. Bizim adımız, təsisçilərimizdən gəlir. 1969-cu ildə Adrian Dalsey, Larry Hillbom, Robert Lynn DHL şirkətini təsis ediblər. İlk işimiz San-Fransiskodan Honoluluya sənədləri qapıdan-qapıya çatdırmaq olub. İllər ərzində bizim xidmət təkmilləşmiş, əhatə dairəmiz genişlənmişdir. 1972-ci ildən beynəlxalq çatdırılmaları həyata keçirməyə başladıq. Bizim əsas meyar, müştərilərimizin bizə ehtiyacı olan yerdə olmaqdır. 1980-ci ildə, həmin vaxt çətin olan şəraitdə, biz Çin Xalq Respublikasına ekspress çatdırılma etməyə başladıq. Bunun ardınca 1984-cü ildə SSR artıq bizim xidmət sahəmizdə idi. 2001-ci ildə DHL Express Deutsche Post tərəfindən satın alınmışdır. DHL Express Azərbaycanda 1993-cü ildən bəri fəaliyyətdədir.

2005-ci ildə Deutsche Post Exel Plc.-ni satın alır və bundan sonra biz bütün növ logistik xidmətləri təqdim etməyə başlayırıq. Bu dövrdən sonra DHL müştəriləri bütün növ logistik həllər üçün digər təchizatçıları axtarmaq məcburiyyətində qalmırlar.