About company
1919-cu il avqustun 5-də AXC Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttisliyi təsis olundu. Müfəttisliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi.
Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi fəaliyyət göstərirdi. AXC parlamentinin 1918-ci il 7 dekabr tarixli “Fəhlə məsələsi haqqında” qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdi.
90-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət təsisatlarının yenidən təskilinə başlanıldı. 1997-ci il 27 yanvar tarixində ƏƏSMN nəzdində Dövlət Əmək Müfəttisliyi (DƏM) yaradıldı. 2011-ci ildə isə DƏM-in bazasında ƏƏSMN yanında Dövlət Əmək Müfəttisliyi Xidməti (DƏMX) təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttisliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir.