About company
Ecovis, əsası Mərkəzi Avropada olan aparıcı qlobal konsaltinq şirkətidir. 80-dən çox ölkədə fəaliyyət göstərir və 9300-ə yaxın işçisi vardır. Şirkətin məsləhət xidməti üzrə əsas fəaliyyəti vergi məsləhəti, mühasibat uçotu, audit və hüquqi məsləhət sahələrindədir.
Şirkətimiz fəaliyyətində əsasən orta ölçülü firmalara diqqət yetirir. Həm milli, həm də beynəlxalq səviyyədə şirkətin bir pəncərə konsepsiyası hüquqi, fiskal, idarəetmə və inzibati məsələlərdə hərtərəfli dəstəyi təmin edir.
Əsas xidmətlər zərfimizdə Mühasibat Uçotu, Audit, Hüquq, MHBS məsləhəti və Qiymətləndirmə xidmətləri ixtisaslı kadrlarımız tərəfindən yüksək keyfiyyətlə təqdim edilir.