About company
Fondun funksiyaları:
- iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək;
- sığorta haqlarını yığır və onların uçotunu aparmaq;
- öz əmlakını idarə etmək və ona dair sərəncam vermək;
- sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək;
- Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq;
- "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək;
- öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək;
- öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək;
- iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək;
- əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.