About company
EZ İnnovativ Həllər MMC 11 yanvar 2026-cı il tarixində təsis edilmişdir. Şirkət təhsil sahəsi başda olmaqla müxtəlif istiqamətlərdə innovativ həllərin hazırlanması və tətbiqini əsas fəaliyyət istiqaməti kimi müəyyən etmişdir. Təşkilatın məqsədi müasir texnologiyalardan istifadə etməklə istifadəçilər üçün sadə, əlçatan və effektiv həllər yaratmaq, onların gündəlik fəaliyyətini daha rahat və səmərəli etməkdir. Şirkətin istifadəyə verilən ilk məhsulu olan SUALCAVAB platforması, V–XI sinif şagirdləri üçün nəzərdə tutulmuş onlayn sınaq və diaqnostik qiymətləndirmə sistemidir. Platforma şagirdlərə biliklərini yoxlamaq, nəticələrini təhlil etmək və zəif tərəflərini müəyyən edərək inkişaf etdirmək imkanı yaradır. EZ İnnovativ Həllər MMC gələcəkdə də innovativ məhsul və xidmətlər vasitəsilə təhsil və digər sahələrdə dəyər yaratmağı hədəfləyir.
Təhsil və ömürboyu öyrənmə üçün innovativ rəqəmsal həllər yaradırıq.