Havas Media Azerbaijan

Media
About company

Reklam və media sahəsi üzrə dünyanın ən böyük şirkətlərindən biri, əsası hələ 1835-ci ildə qoyulmuş Havas-ın hazırda 100-dən çox ölkədə 20.000 əməkdaşı çalışır. Bu böyük ailənin bir hissəsi olan Havas Azərbaycan reklam agentliyi kreativ və innovativ yanaşması ilə Azərbaycanın ən qabaqcıl media və reklam şirkəti olmağı hədəfləyir. Mərkəzi ofisi Bakı şəhərində yerləşən şirkət reklam işlərini yaradıcı və fərqli biznes ideyaları əsasında hazırlamağı bacaran ixtisaslaşmış peşəkar heyətə malikdir. Havas Azərbaycan Media, Creative və Digital olmaqla 3 bölməsi ilə artıq 20 ilə yaxındır ki, Azərbaycanda öz sahəsinin lideri olan müxtəlif yerli və o cümlədən qlobal brendlərə 360 Marketinq xidmətlərini təqdim edir.