About company

HORECA şirkətinin əsası 2011-ci ildə Azərbaycanın HoReCa sektorunda peşəkar təmizlik bazarını formalaşdıran öncüllər tərəfindən qoyulmuşdur. HORECA komandası yerli bazara professional təmizlik və gigiyena məhsullarını tanıtmış və Azərbaycanda bu bazarı inkişaf etdirmişdir. 10 illik təcrübəsinə söykənən HORECA şirkəti Diversey, Neta, Focus, Ceyhanlar, Vileda kimi dünyaca məşhur brendlərin Azərbaycanda rəsmi distribüteri olub istehsalçı və istehlakçılar arasında körpü rolu oynayaraq, HoReCa sektorunda kimyəvi təmizlik və gigiyena məhsullarının təchizatı, texniki xidmətlərin göstərilməsi və məhsulların istifadə qaydaları ilə bağlı təlim xidmətlərini həyata keçirməkdədir.