Şirkət haqqında

2023-cü ilin sonlarında fəaliyyətə başlayan Hyper Servis öz sürətli, keyfiyyətli, müştəriyönümlü və ən son standartlara cavab verən xidmətləri ilə sürücülərə təqdim olunur.

Yüksək keyfiyyətin əlçatanlığı, vaxta qənaət, müştəri komfortu və məmnuniyyəti servisin əsas prioritetidir. Hyper Servisdə avtomobil üçün təklif olunan xidmətlərdən əlavə, həm də ABŞ, Kanada, Yaponiya, Koreya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrə məxsus mühərrik yağı, təkər, filtr və akkumulyator brendlərini birbaşa rəsmi distribütorlardan əldə edərək müştərilərə təklif edir.