About company
İMEC Mühəndislik şirkəti 2022 – ci ildən fəaliyyətini rəsmiləşdirmiş, gənc, inovativ və dinamik şirkətdir. Şirkətin missiyası, Azərbaycanda inkişaf etməkdə olan dağ-mədən və sənayenin qeyri neft sektorunda mühəndislik disiplinləri çərçivəsində iləri mühəndislik həlləri, məsləhət(konsultasiya), kommersiya xidmətləri, uyğun avadanlıqların təmin edilməsi, işə salınması, təmirinin (planlı və plandankənar) həyata keçirilməsində ibarətdir. Şirkətimizin təsisçiləri və əməkdaşları, dağ-mədən və digər sənaye sahələrində texniki təmir, proseslərin idarə olunması və məsləhət xidmətləri də daxil olmaqla 10 ildən çox ölkədaxili və ölkəxarici təcrübəyə malikdirlər. Əsas hədəfimiz, müştəri və tərəfdaşlarımıza ən yaxşı mühəndislik xidmətləri və sınanmış keyfiyyətli məhsulları təqdim etməkdir.
Şirkətimiz, bacarıqlı və daim öyrənməyə istəkli olan mütəxəssislər ilə işləməyə üstünlük verir. Həmçinin əməkdaşlarımızın təcrübələrindən istifadə edərək yeni biliklər qazanması üçün də imkanlar yaradırıq.