İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

Dövlət qurumu
About company

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli fərmanına müvafiq olaraq yaradılmışdır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi və Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzi üçün binaların tikintisi 2015-ci ildə başa çatdırılmışdır.

İTMİM-in sertifikatlaşdırılmış yüksək ixtisaslı ekspertləri kabelli, yaxud simsiz şəbəkələrin layihələndirilməsini peşəkar səviyyədə həyata keçirirlər. Biz sxemlərin çəkilməsi və avadanlıqlarla cihazların quraşdırılması ilə yanaşı, layihənin sınaqdan keçirilərək tam işlək vəziyyətdə təhvilini gerçəkləşdiririk. Təcrübəli ekspertlərdən ibarət komandamız bütün quraşdırma və montaj işlərini dünya standartlarına uyğun tərzdə həyata keçirirlər və bununla da, müştərinin yeni infrastrukturunun təhlükəsizliyini, asan idarə edilməsini və əlçatanlığını təmin edirlər.