About company
INPROCON – Layihələrin idarə edilməsi və inşaat xidmətlərinin göstərilməsində ixtisaslaşmış bir Alman inşaat və məsləhətçi şirkətidir. INPROCON dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək, Azərbaycanda 2011-ci ildən etibarən çalışmaqdadır.
Hazırda şirkətdə 100-ə yaxın əməkdaş çalışmaqdadır. Şirkətin əsas qürur məmbəyi, əməkdaşlar üçün mükəmməl iş atmosferasının təşkil edilməsidir. Əməkdaşlar arasında dost münasibəti hökm sürməkdədir. Şirkətin xalis qazancının 50% hissəsi əməkdaşlar arasında mənfəətdə iştirak paylarına uyğun bölünür və bu da öz növbəsində əməkdaşları vahid bir komanda olaraq çalışmaqlarına motivə edir. Təşəbbüskarlıq rəhbərlik tərəfindən yüksək dəyərləndirilir.
Əməkdaşlar bacarıqlarının artırılması məqsədilə kurslara yazılaraq, kurs dəyərənin yalnız 50% hissəsini ödəyərək, yeni biliklər əldə edir. Əməkdaşlara işin məqsədi izah edilmədən, düzgün tapşırıq verilmədən və iş prosesi öyrədilmədən, əməkdaşdan keyfiyyətli iş tələb edilmir.
İNPROCON tərəfindən təklif edilən xitmətlər spektrinin geniş olduğu səbəbindən, əməkdaşlar qısa müddət ərzində daha çox sahələrdən praktiki biliklər əldə edirlər. İNPROCON idarəetmə sistemi İSO 9001:2015 standartlarına uyğundur.