Şirkət haqqında

Qlobal dünyada və yerli bazarda son dövrdə sürətlə artan tələbi nəzərə alaraq 2024-cü ildə yaranmış “İvolt” şirkəti elektrikli avtomobillər üçün, elektrik nəqliyyat vasitələrinin operatoru və müxtəlif növ şarj stansiyalarının satışı, quraşdırılması, texniki dəstək ilə məşğul olan şirkətdir. Biz məqsədimiz respublika ərazisində şəhəriçi və uzaq məsafəli səyahətlərdə sürücülərin ehtiyaclarını qarşılayan son texnologiyalara uyğun şarj stansiyalarımızla təhlükəsiz bir gələcəyə töhfə verməkdir

Enerjili, motivli və müştərilərə fokuslanan bir komandaya qoşulmaq istəyirsinizsə, biz sizə vəd edirik:

  • Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Uğurlu karyera üçün zəruri olan şəxsi və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
  • Daim araşdıran, yeniliyə və təşəbbüskarlığa önəm verən komandanın üzvi olma imkanı.