About company

JURİSAZ Hüquq mərkəzi bütün növ hüquqi xidmətlər göstərən Azərbaycan hüquq konsaltinq şirkətidir. Biz kommersiya, cinayət,mülki və korporativ hüquq məsələlərində, həmçinin Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və fəaliyyətinə hər-tərəfli hüquqi dəstək və konsultasiyanın verilməsi sahəsində ixtisaslaşmışıq. Biz həmçinin xarici fiziki şəxslərə ailə, əmək münasibətləri, miqrasiya, vərəsəlik, xarici məhkəmə qərarlarının tanınması və icrası istiqamətində hüquiq məsləhət verir və hüquqi təmsilçilik xidmətləri göstəririk. 

Bir pəncərə pəncərə prinsipi əsasında fəaliyyət göstərən  konsaltinq şirkəti olaraq, Azərbaycanda korporativ hüquq xidmətləri və biznesin qeydiyyatı, immiqrasiya üzrə məsləhət, neft-qaz sənayesində vergi və hüquq xidmətləri, əmək hüququ sahəsində xidmətlər, əqli mülkiyyət xidmətləri, müqavilə layihələrinin hazırlanmsı və danışıqlar, tikinti qanunvericiliyi sahəsində dəstək, mübahisələrin həlli və məhkəmə xidmətləri (borcların geri qaytarılması daxil olmaqla), daşınmaz əmlak sahəsində məsləhət xidmətləri və əmlak alqı-satqısı sahəsində xidmətlər təqdim edirik.  

Biz müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, enerji və təbii sərvətlər, alternativ enerji, IKT, tikinti, hotelçilik və, sənaye istehsalı, maşınqayırma, kənd-təsərrüfatı, qida sənayesi, təhsil, xidmət sahəsi, idxal və ixrac, topdan və pərakəndə satış sahəslərində ixtisaslaşmış hüquq xidmətləri, habelə dövlət və ictimai qurumlara konsaltinq xidmətləri göstəririk.