Şirkət haqqında

2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir.

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir.

“LIBRAFF”ın  “Kitab” bölməsində azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası mövcuddur. Mağazalarımızda yerli və aparıcı beynəlxalq nəşriyyatların, klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin şəxsi inkişafına istiqamətlənmiş əyləncə və oxu materiallarını əldə etmək mümkündür.

“LIBRAFF”ın ˝Park Akademiya˝ və ˝Gənclik Mall˝ filiallarında “coffeeshop in bookshop” konseptində “STORIES COFFEE”  fəaliyyət göstərir.

Mağazalarımızda kitablarla yanaşı oyuncaqlar, hədiyyəlik əşyalar, suvenirlər, məktəb və ofis ləvazimatları, elektronika məhsullarını əldə etmək mümkündür.