About company
Mobil Group 2017-ci ildən etibarən fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlər qrupundan biridir. Mobil Group-un törəmə şirkətlərindən biri olan "Mobil Broker" MMC gömrük orqanları ilə sahibkarlar arasında etibarlı vasitəçidir. "Mobil Broker" MMC yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir.
Tam gömrük təmsilçiliyi xidmətimizə istənilən gömrük proseduru ilə bağlı limitsiz konsultasiya, mallar və ya nəqliyyat vasitələri üçün müvafiq dövlət orqanlarından icazə və sertifikatların alınması, bütün növ gömrük bəyannamələrinin hazırlanması və gömrük rəsmiləşdirilməsinə dair digər əməliyyatları sifarişçinin əvəzindən icra edilməsi daxildir. Mobil Group idxal, ixrac, təkrar ixrac, müvəqqəti ixrac proseduru zamanı sizi gömrük orqanlarında uğurla təmsil edir, mal və ya nəqliyyat vasitələrinizi sizin adınızdan rəsmiləşdirib, ən qısa zamanda təhvil verir.
Mobil Group-un digər törəmə şirkəti olan “Mobil Logistics” MMC quru, su, hava və dəmiryolu vasitəsilə yüklərin sürətli beynəlxalq daşımalarını həyata keçirən etibarlı logistika şirkətidir. Sürətli və təhlükəsiz daşımanı özündə əsas prinsipə çevirən şirkət 150 yə yaxın ölkəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirir. “Mobil Logistics” MMC dünyanın aparıcı hava yolları daşıyıcıları ilə sıx əməkdaşlıq içindədir.