• Address Hüseyn Cavid prospekti 202, D Bloku, Bakı, AZ1141
  • Phone number *2016
  • Website https://oba.az
Şirkət haqqında

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal-hazırda 1050-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskount market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.