Şirkət haqqında

Daha yaxşı inqrediyentlər. Daha yaxşı pizza.

1984 cü ildə “Papa John's” öz qapılarını bu məqsədi hədəf alaraq açdı: Daha dadlı pizza. Biz bilirdik ki, tərkib hissələrini (inqrediyentləri) daha keyfiyyətli etməklə, daha dadlı pizza əldə edəcəyik. “Daha keyfiyyətli tərkib hissələrindən (inqrediyentlərdən) ibarət daha dadlı pizza.” Həmin məqsədimiz və həmin vədimiz bu gün də aktualdır.

Təməl inancımız çox sadədir: işçilərin qayğısına qalmaq və işlərini görməsi üçün onları ən yaxşı vasitələrlə təmin etməkdir, bu zaman daha yüksək keyfiyyətə malik pizza əldə etmək mümkündür. Bizi bu işi görməyə şövq edən amil də budur və elə bu səbəbdən daha keyfiyyətli pizza çatdırmaq və daha üstün xidmət göstərmək üçün bu sənayedə bir çox digər şirkətlərdən daha çox vəsait sərf edirik.

Bizim məhsullarımızın tərkib hissələri (inqrediyentləri) haqqında nə qədər çox bilirsinizsə, pizza seçiminiz barədə bir o qədər çox məlumatlı olacaqsınız. Tərkib hissələri (inqrediyentlər) haqqında hər hansı bir sualınız varsa, bizimlə telefon vasitəsi ilə (*7272) və ya sosial mediadakı rəsmi səhifələrimizdə əlaqə saxlaya bilərsiniz.