PRO LOG Training Center

Təlim və peşəkar inkişaf , Təhsil
About company

PRO LOG Təlim Mərkəzi (PRO LOG Training Center) satınalma, logistika, təchizat zənciri və gömrük işi sahələrində ixtisaslaşmış peşəkar təlim mərkəzidir. Mərkəzimiz satınalma və təchizat üzrə dünyanın aparıcı peşəkar qurumu olan Chartered Institute of Procurement & Supply (CIPS, Böyük Britaniya) tərəfindən CIPS Approved Centre statusuna malikdir. Bu status təlim proqramlarımızın məzmunu, strukturlaşdırılması və qiymətləndirmə yanaşmasının beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.

PRO LOG Təlim Mərkəzi olaraq aşağıdakı istiqamətlərdə xidmət göstəririk:

  • CIPS standartlarına uyğun satınalma və təchizat üzrə ixtisasartırma proqramları
  • CIPS üzvlük, tədris materialları və imtahanlarda iştirakla bağlı dəstək və məsləhət xidməti
  • Fərdi və qrup təlimləri
  • Şirkətlər üçün daxili (in-house) korporativ təlim proqramları
  • Master-klasslar və praktiki proqramlar
  • Dövlət satınalmaları üzrə təlimlər

Təlimlərimizdə:

  • real iş mühitindən götürülmüş praktik nümunələrə,
  • yerli və beynəlxalq təcrübənin tətbiqinə,
  • mövcud qanunvericilik və normativ tələblərə,
  • iştirakçıların gündəlik işində birbaşa istifadə edə biləcəyi alət və metodologiyalara xüsusi diqqət yetirilir.

Missiyamız:

  • Beynəlxalq səviyyəli Satınalma və təchizat mütəxəssisləri yetişdirmək

Şirkətlərin fəaliyyət ehtiyaclarını nəzərə alaraqkomandanın mövcud bilik səviyyəsi və ehtiyaclarını nəzərə alaraqtam fərdiləşdirilmiş, hədəf yönümlü və praktiki faydası yüksək olan təlim proqramları tərtib edə bilərik.