About company
Azərbaycan şirkəti olaraq ölkədə təhlükəsiz kibermühitin yaradılmasında İsrailin yüksək texnologiyalarından istifadə edirik. Həmçinin, etibarlı rəqəmsal ekosistemin yaradılması üçün hökumətlərin, kritik infrastruktur təşkilatlarının və müəssisələrin kibertəhlükəsizlik və informasiya texnologiyaları (İT) ehtiyaclarını qarşılayırıq. Texnoloji üstünlük, məlumat analitikası və biznesə əsaslanan düşüncə tərzinin tətbiqilə müştərilərimizin iş, hədəf və strategiyalarının təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsinə kömək edirik.
İstedadlı təhlükəsizlik mütəxəssislərindən ibarət qrupumuz Prosol-un mərkəzində təşkilatların iş dəyərlərini təmin edir. Komandamız günümüzün rəqəmsal transformasiyasını və artmaqda olan kibertəhlükə riskini daha yaxşı anlamaq üçün ixtisaslı İsrail mütəxəssislərini və yerli parlaq kadrları özündə birləşdirib. Bu o deməkdir ki, şirkətlər nəinki çoxillik təcrübəmizdən yararlanacaq, eyni zamanda gənc zəkalardan gələn innovativ həllər ilə də dəstəklənəcək.