Şirkət haqqında

2003-cü ildə təsis olunmuş və tikinti sahəsində ixtisaslaşmış, inam və etibarlılığı illərdir qoruyan “RİCON” MMC enerji obyektlərinin inşaası, meliorasiya, sənaye və mülki tikinti obyektlərinin tikintisi, boru xətlərinin çəkilməsi, metalkonstruksiya və rezervuarların istehsalı və quraşdırılması sahəsində bir çox layihələrə imza atmışdır. Daima innovativ tikinti layihələrini həyata keçirməklə əldə edilmiş təcrübənin və peşəkar resursların sistematik inteqrasiyasindan istifadə edərək, istənilən mürəkkəblikdə tikinti işlərinin tam həcmdə və planlı şəkildə yerinə yetirilməsi üçün ölkəmizin daxilində böyük imkanlara və yetərincə təcrübəyə malikdir.

Biz yüksək kvalifikasiyalı, bacarıqlı, innovativ qaydalarla işləməyə həvəsli kadrlara üstünlük verməklə yanaşı, eyni zamanda daim müəssisə daxilində bacarıqlı kadrların daha da inkişaf etməsi üçün imkanlar yaradırıq.