• Address Əhməd Rəcəbli küç. (Nərimanov m/t)
  • Phone number 051 206 41 43
About company

Bəzən müəssisənin gələcəyi, bu sistemin düzgün və effektiv qurulmasından asılıdır. Təklif etdiyimiz xidmətin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər mühüm rol oynayır. SAFFRAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq xidmətlərinə aşağıdakılar daxildir:

  • Mühasibat uçotunun aparılması, mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması;
  • Fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti;
  • Rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiəsi Fondu, Statistika İdarəsi, Məşğulluq İdarəsi) təqdim edilməsi;
  • Sıfır hesabatlarının verilməsi;
  • Mühasibat uçotunun qurulması və ya bərpa edilməsi (mühasibat uçotunun aparılması üzrə konsultasiyalar);
  • Müəssisənin əsas vasitələrinin inventarizasiyası;
  • Debitor və kreditor borcunun analizi və inventarizasiyası;
  • Vergi yoxlamaları zamanı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlaması aktlarına etirazların hazırlanması;
  • Uçot siyasətinin işlənilməsi və optimallaşdırılması (müəssisənin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi)