About company
“Shusha Hospitality Group” MMC 07.07.2021-ci ildə təsis edilmişdir. Tərkibində “Qarabağ Hotel” , “Xarı Bülbül Hotel” və “Xarı Bülbül Rezidens” olmaqla 3 mehmanxana obyekti fəaliyyət göstərir. Bu hotellər Qarabağın incisi Şuşa şəhərində yerləşir. Qrupun tərkibində fəaliyyət göstərən “XarıBülbül Hotel” 2021-ci ilin may ayının 10-dan etibarən fəaliyyət göstərməklə Şuşaya gələn qonaqların qarşılanması və yerləşdirilməsi üçün bütün lazımi infrastrukturla təchiz edilmişdir. “Qarabağ Hotel”i 1982- ci ildə istifadəyə verilib və 2021- ci ilin sentyabrında yenidən təmir-bərpa və yenidənqurmadan sonra qonaqların istifadəsinə verilmişdir. Binada restoran və barlar qonaqların istifadəsindədir. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans zalları mövcuddur. Hotellərimizdə qonaqlara xidmət üçün 120 otaq, 3 villa və 5 iaşə mərkəzi fəaliyyət göstərir.