Şirkət haqqında

14 fevral 2012-ci ildən başlayaraq, “Şirin Su” brendi Azərbaycan Respublikasının ərazisində yüksək standartlara uyğun olaraq, öz servisini təklif edir. Bu dövr ərzində biz, Azərbaycan bazarında 19L-lik qablaşdırılmış su satışında aparıcı mövqeyi tutmuşuq. Biz öz prinsiplərimizə uyğun “keyfiyyətli su” istehsal etməklə müştərilərimizin etibarını və inamını qazanmışıq.

“Şirin Su” brendi, öz istehsal bazasına, nəqliyyat, sklad, kompüter nəzarət sisteminden ibarət loqistikaya malikdir.

Biz nəinki paytaxt sakinlərini, eyni zamanda böyük şirkətləri, banklari, holdingləri, restoran şəbəkələrini və xüsusilə, tibb klinikalarını və sağlamlıq mərkəzlərini keyfiyyətli su ilə təmin edirik. Bu gun bizə minlərlə insan etibar edir.