About company
TechnoVision MMC 10 ildən artıq təcrübəyə malik peşəkar IT mütəxəssisləri tərəfindən təsis olunmuşdur və bu gün Azərbaycanın informasiya texnologiyaları bazarında dinamik şəkildə inkişaf edən, innovativ yanaşmaları ilə seçilən bir şirkətdir.
Biz müəssisələrin IT xərclərini optimallaşdırmaq, infrastrukturun davamlılığını artırmaq və rəqəmsal transformasiya proseslərini sürətləndirmək üçün kompleks IT həllər təqdim edirik.
Aşağıdakı sahələr üzrə ixtisaslaşırıq:
- IT inteqrasiya xidmətləri
- Mürəkkəb mühəndislik layihələrinin planlaşdırılması və icrası
- Server və şəbəkə infrastrukturunun qurulması
- IT avadanlıqlarının və proqram təminatının satışı və dəstəyi
ZKTeco brendinin Rəsmi distribyutoru olaraq, biz dünyaca məşhur yüksək texnologiyalı avadanlıq və proqram təminatı məhsullarını Azərbaycanda birbaşa və etibarlı şəkildə təqdim edirik. Bu statusumuz müştərilərimizə keyfiyyətə və uyğun qiymətə zəmanət verir.
TechnoVision-un mühəndisləri mütəmadi olaraq beynəlxalq sertifikasiyalardan keçir, bu isə komandamızın daim yenilənən texnologiyalarla ayaqlaşmasına və layihələri yüksək səviyyədə icra etməsinə imkan yaradır.