About company

The Body Shop əsası 1976-cı ildə Anita Roddik tərəfindən İngiltərənin Brayton şəhərində qurulmuş gözəllik və baxım markasıdır. Anita Roddikin vizyonu biznesin hər kəs üçün yaxşı olması idi. Məhz buna görə də o təbiətə zərərsiz, etik gözəllik və baxım markasının əsasını qoydu. 40 ildən çoxdur ki, planetimizin zənginləşməsi üçün əlimizdən gələni edir, pozitiv iqtisadi, sosial təsirə nail olmaq və ətraf-mühitə faydalı olmağa çalışırıq. Məhsullarımız vegetariandır və heyvanlar üzərində heç bir sınaqdan keçirilməmişdir.