About company

Triangle Logistics beynəlxalq logistika və yükdaşıma sahəsində fəaliyyət göstərən, əsasən Çindən Azərbaycana yüklərin daşınmasını təşkil edən şirkətdir. Şirkət müxtəlif növ yüklərin təhlükəsiz və sığortalı şəkildə, vaxtında çatdırılmasını təmin etməyə yönəlmiş xidmətlər təqdim edir.

Xidmət istiqamətlərinə beynəlxalq yükdaşımalar, gömrük rəsmiləşdirilməsi, gömrük bəyannamələrinin hazırlanması və anbar xidmətləri daxildir. Şirkətin Çin üzrə Quançjou (Guangzhou), İvu (Yiwu) və Horqos (Horgos), Azərbaycanda isə Bakı üzrə müxtəlif anbar məntəqələri mövcuddur.

Çindən müxtəlif növ ağır çəkili yüklərin müasir nəqliyyat vasitələri ilə daşınmasını peşəkar komandaya etibar edə bilərsiniz. Yük daşımalarının müştərilərimiz üçün sərfəli olmağı ilə yanaşı etibarlı ve sigortalı sekilde çatdırılmasını həyata keçiririk.