About company

Biz inanırıq ki, mebel yalnız funksional ehtiyacları qarşılayan bir vasitə deyil, eyni zamanda həyatın hər anına estetik, rahatlıq və özünəməxsusluq qatan mühüm bir ünsürdür. Məhz bu yanaşmadan yola çıxaraq, “TURKESH DEKOR 2010” MMC-nin təməlini 2010-cu ildə qoyduq. Ağaca forma verərkən yalnız mebel istehsal etmir, insanların yaşayış tərzinə, iş mühitinə və gündəlik rahatlığına dəyər qatırıq. 16 ildən artıqdır ki, əsas məqsədimiz müştərilərimizin həyat məkanlarını daha funksional, komfortlu və estetik etməkdir. TURKESH DEKOR fəaliyyətə başladığı ilk gündən etibarən müasir Türk və Avropa texnologiyalarını Azərbaycana gətirərək, yerli istehsalın imkanlarını dünya standartları ilə birləşdirir. İstehsal prosesində keyfiyyət, innovasiya, funksionallıq və müasir dizayn prinsiplərini əsas götürərək, həm yaşayış, həm də iş məkanları üçün müxtəlif mebel həlləri təqdim edirik. Daim dəyişən və inkişaf edən dünyada yeniliyi əsas prinsiplərimizdən biri hesab edirik. Mövcud məhsul və modellərimizi davamlı şəkildə təkmilləşdirir, yeni dizayn və həlləri istehsal portfelimizə əlavə edir, texnologiya və istehsal imkanlarımızı inkişaf etdiririk. Gələcəyə baxışımız yalnız bu günün tələblərinə cavab verməklə məhdudlaşmır. Məqsədimiz davamlı inkişaf edərək, keyfiyyət və etibarlılıq prinsiplərinə sadiq qalmaq, Azərbaycan mebel sənayesində öz mövqeyimizi daha da möhkəmləndirmək və müştərilərimiz üçün uzunmüddətli dəyər yaratmaqdır. Bizim üçün hər bir mebel parçası ağacın formaya salınmasından daha böyük məna daşıyır. O, insanın yaşadığı və işlədiyi məkana rahatlıq, xarakter və estetik görünüş bəxş edən bir sənət nümunəsidir. Bu uğurun arxasında isə ən böyük dəyərimiz- insanlarımız dayanır.

Ağaca forma vermək sənətkarların işidir.

Biz ağaca həyat veririk!