About company

“U&R Company” şirkəti yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqini və yeni həllərin işlənib hazırlanmasını inkişaf etdirmək üçün maliyyəçilər və developerlər qrupu tərəfindən birgə yaradılmış təşkilatdır.

 "1C" firmasının rəsmi Françayzisi olan şirkət, həmçinin "1C: Enterprise 8" platformasında öz proqram məhsullarının hazırlanması ilə məşğul olur. Şirkət Azərbaycanda demək olar ki, bütün fəaliyyət növləri və mülkiyyət formalarına aid müəssisə və təşkilatlara xidmət göstərən təcrübəli mütəxəssislər komandasını formalaşdırmışdır. Şirkətin mütəxəssisləri müəssisələrdə idarəetmənin və uçotun avtomatlaşdırılması üzrə məsələləri keyfiyyətlə və operativ şəkildə həll etməyə qadirdirlər. Şirkət öz işində keyfiyyət standartlarının, idarəetmə üzrə layihə metodlarının, fəaliyyətin təşkilində prosesli yanaşmanın bilik və gündəlik tətbiqinə əsaslanır.

"U&R Company" maliyyə-təsərrüfat fəaliyyətinin kompleks avtomatlaşdırılması, sahələr üzrə həll vasitələrinin tətbiqi, “1C” proqram təminatı istifadəçilərinin müşaiyəti və onlara dəstək göstərilməsi, həmçinin “1C:Müəssisə 8” platformalarında istifadəçilər və developerlər üçün fərdi və qrup şəklində təlimlər sahəsində zəngin təcrübəyə malikdir.

Bununla yanaşı, şirkətin təqdim etdiyi xidmətlər sırasına veb layihələrin hazırlanması da daxildir.

Şirkət müştərilərlə əməkdaşlığı tərəfdaşların müştəri məsələlərinin həllində yaxından iştirakını nəzərə alaraq qurur. Vacib addımlar müştəri ilə sıx qarşılıqlı əlaqədə müzakirə şəklində planlaşdırılır. Şirkət müştərinin tələbatını anlayır və bazar vəziyyətinin dəyişməsinə operativ reaksiya verir.