About company
“Unimac” şirkəti 2003-cü ildən etibarən fərdi sahibkar kimi biznes fəaliyyətinə başlayıb. Fəaliyyətinin ilk illərində əsasən Bakı şəhərində tikinti sektorunda xırdavat malların satışını həyata keçirən şirkətimiz sonrakı illərdə biznes fəaliyyətlərini genişləndirərək bazarda geniş çeşidli malların satışını və servisini təşkil edir.
Şirkətimiz 6 əsas kateqoriyada – Abraziv və qaynaq texnologiyası, Kimya texnologiyası, Boyalar, Elektrik malları, Xırdavat malları və Alətlər və avadanlıqlar üzrə dünya brendlerinin satışını həyata keçirir.
Bosch GMBH şirkətinin elektrikli əl alətləri üzrə Azərbaycanda strateji partnyoru Unimac şirkətidir. Bundan əlavə, Unimac şirkəti Klingspor, Norton, Magmaweld, Misom, Interflex, Uniflex Skom Flex, Skom, Skom Screw, Duyar, Unitools, Fisco, Polbrush, Grabond, Soudal, Farbitex, Elkay, Fevicol, KS, Ibo Kabel, Momentive, Sazi, Unirulo, Rezult, Expert Choice, Işık Ahşap, Vox brendlərinin ölkəmizdəki rəsmi nümayəndəsidir.
DƏYƏRLƏRİMİZ:
Müştəri – Ən böyük sərvətimiz
Personal – Biznes fəaliyyətimizin əsas gücü
MƏQSƏDİMİZ:
Məqsəd – Müştərilər üçün etibarlı , uzunmüddətli əməkdaşılıq mühiti qurmaq.
Hədəf – İşçilərimiz üçün yaradıla biləcək ən optimal şəraiti təmin etmək.