UPSOL Trade and Logistics

Logistika
About company

UPSOL Trade and Logistics-beynəlxalq ticarət və logistika sahəsində ixtisaslaşmış, etibarlı və peşəkar xidmətlər təklif edən şirkətlərdən biridir. . Çindən Azərbaycana və dünyanın digər ölkələrinə məhsul tədarükünü təşkil edərək, müştərilərinə yüksək keyfiyyətli ticarət və logistika həlləri təklif edir. Müştərilərimizə hərtərəfli xidmətlər təqdim edərək, onların ticarət proseslərini asanlaşdırmağı və bizneslərini daha çevik etməyi hədəfləyirik. Müxtəlif sektorlarda fəaliyyət göstərən bizneslər üçün optimal və sərfəli ticarət imkanları yaradaraq, onların bazardakı mövqeyini gücləndirməyə kömək edirik. Hərbir layihə, müştərinin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilir və peşəkar yanaşma ilə idarə olunur.

Logistika istiqamətində-Əsasən quru, dəmir yolu və dəniz yolu ilə daşımalar təşkil edir və müştərilərin ehtiyaclarına uyğun fərdi logistika həlləri təklif edir. Həm kiçik, həm də böyük bizneslər üçün optimal logistika planlamaları təklif edərək, müştərilərinin tələblərinə uyğun çevik xidmətlər göstəririk.. Həmçinin, daşınma zamanı yaranan problemlərin operativ həlli və yüklərin vaxtında çatdırılması üçün xüsusi nəzarət sistemi tətbiq edirik.

Ticarət istiqamətində-Şirkətimiz təkcə yük daşımaları ilə deyil, eyni zamanda məhsul alış-verişi, satınalma və təchizat proseslərinin idarə edilməsi ilə də məşğuldur. Beynəlxalq bazarlarda etibarlı partnyorlarla işləyərək, sifarişçilərin tələblərinə uyğun ən sərfəli və keyfiyyətli məhsulları əldə etməyə kömək edirik. Gömrük prosedurlarına tam əməl edərək, yük daşımalarının qanuni və sürətli şəkildə həyata keçirilməsini təmin edirik. Müştərilərinə müxtəlif məhsulların beynəlxalq bazarlardan alınması, tədarük zəncirinin qurulması və topdan satış üzrə dəstək göstəririk.

Dəyərlərimiz-“Şəffaflıq və məsuliyyətlilik prinsipinə əsaslanan iş prinsipləri uğurun təməlini təşkil edir. Strateji planlar uzunmüddətli əməkdaşlıqları dəstəkləyir və davamlı inkişafı təmin edir.” 

Komandamız, məhsul alışından tutmuş, gömrük rəsmiləşdirilməsinə qədər bütün proseslərdə dəstək göstərir. Xüsusilə, Çindən malların alınması, yoxlanması və Azərbaycana çatdırılması üzrə ixtisaslaşmış şirkət, ticarət partnyorlarına etibarlı və sərfəli həllər təqdim edir.

  •  UPSOL Trade and Logistics ilə əməkdaşlıq edərək, sürətli, təhlükəsiz və sərfəli logistika xidmətlərindən faydalanmaq imkanına sahib olacaqsınız. Gələcəyə inamla baxaraq, yeni bazarlara açılma və xidmət spektrini genişləndirməyi hədəfləyirİK.
  • Bu gün UPSOL Trade and Logistics, beynəlxalq ticarətdə etibarlı tərəfdaş olmaqla yanaşı, müştərilərinə keyfiyyətli xidmət və uzunmüddətli əməkdaşlıq vəd edir. Əgər siz də ticarət və logistika sahəsində peşəkar dəstək axtarırsınızsa, UPSOL sizin üçün ideal seçimdir