About company
“Uptodate in Medicine” şirkəti Azərbaycanda və Cənubi Qafqazda tibb təşkilatlarının inkişafı, səhiyyənin idarəetməsi, elektron səhiyyə və tibbi xidmətlərin planlaşdırılması və təkmilləşdirilməsi, tibbi təhsil və təlimin müasirləşdirilməsi sahəsində geniş təcrübə və ekspertizasını təklif edir. Şirkət kiçik və böyük, dövlət və özəl tibb müəssisələrinə, fərdi pratikası olan həkimlərə və həmçinin pasientlərə klinik, maliyyə və əməliyyat fəaliyyəti ilə bağlı hədəflərə nail olmaq üçün geniş spektr xidmətlər təklif edir. Klinik idarəetmə və Fəaliyyətin Təkmilləşdirilməsindən tutmuş Pasientlərin cəlb edilməsi və tibbi xidmətlərin əlçatanlığının artırılması, habelə gəlirlərin konsolidasiyası da daxil olmaqla, şirkətin milli və beynəlxalq mütəxəssisləri daha uğurlu olmaq yollarını Sizinlə bölüşməyə hazırdır.