VTB Bank

Banklar
Şirkət haqqında

MİSSİYA

  • Biz sahibkarlığın inkişafı üçün rahat şərait yaradır, kiçik və orta biznesi müxtəlif seqment və istiqamətləri üzrə yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edərək onlara maliyyə dəstəyi göstəririk.

VTB (Azərbaycan) ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan bütün bank xidmətlərini təklif edir.

STRATEGİYA 

Bankil üçün prioritet istiqamətlərindən biri  Azərbaycan biznesinə xarici bazarlara çıxmaqda kömək etməkdir. Bununla əlaqədar olaraq, bank xarici bazarlarda, əsasən də Rusiya və VTB qrupun fəaliyyət göstərdiyi digər ölkələrdə Azərbaycan biznesi üçün effektiv beynəlxalq hesablama sisteminin yaradılması istiqamətində iş aparmaq, Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid olan yerli şirkətləri və dövlət strukturlarını bank xidmətlərinə cəlb etmək, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasına təkan vermək, eləcə də VTB qrupun fəaliyyət göstərdiyi ölkələrdən olan şirkətlərlə birgə müəssisələrin yaradılmasını dəstəkləmək niyyətindədir. Kiçik və orta biznes vasitəsi ilə iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi bankın inkişaf strategiyasında əsas məsələlərdən biridir. 

Strateji hədəflər: 

  • Banka rəqabət qabiliyyətinin yeni səviyyəsinə çatmasına imkan verəcək təşəbbüslərin həyata keçirilməsini təmin etmək; 
  • Dəyişən bank bazarında rəqabət üstünlüklərini təmin etməyə imkan verəcək yeni bir texnoloji səviyyəyə keçmək; 
  • Universal və dinamik maliyyə institutu kimi bankın mövqeyini möhkəmləndirmək. 

DƏYƏRLƏR

  • Biz müştərilərimiz və tərəfdaşlarımızla şəffaflığın və qarşılıqlı hörmətin təməli olan uzunmüddətli və əlverişli münasibətlər qururuq.

Etibarlılıq

  • VTB (Azərbaycan) - müştəri və tərəfdaşları qarşısındakı bütün öhdəliklərini tam olaraq yerinə yetirir.

Etimad

  • Bizim üçün müştərilərin etimadı önəmlidir və biz əməkdaşlıqda şəffaflıq prinsipinə arxalanırıq.

Keyfiyyət

  • Müştəri məmnuniyyətini özümüz üçün əsas məqsəd bilərək fiziki şəxslər və təşkilatlara geniş çeşidli yüksək keyfiyyətli bank xidmətləri təqdim etmək üçün biz daim xidmət sahəsində keyfiyyətin artırılmasına çalışırıq.

İnnovasiya

  • İnkişaf etmiş İT infrastruktur xidmət sahəsinin daim mükəmməlləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə imkan verir.