Woerwag Pharma

Səhiyyə
Şirkət haqqında

Wörwag Pharma GmbH & Co. KG bütün dünyada filialları olan əczaçılıq şirkətidir. Şirkət biofaktor dərman preparatlarını hazırlayır və satır. 

Wörwag Pharma şirkətinin məhsul çeşidi həm resept preparatları həm də reseptsiz (OTC) məhsulları və qida əlavələrindən ibarətdir. Yalnız apteklərdə satılan məhsulların əksəriyyəti nevropatiya (sinir zədələnməsi), eləcə də ürək-damar və nevroloji xəstəliklər kimi diabetik komorbidləri müalicə etmək üçün istifadə olunur.

2017-ci ildə 35-dən çox ölkədə 880 işçisi olan şirkət milyonlarla avro qazanmışdır. Onun satış bazarları Almaniya, Şərqi Avropa, Rusiya, Baltikyanı ölkələr, Mərkəzi Asiya, Asiya və Latın Amerikasıdır.

Wörwag Pharma ikinci nəsil, Dr. Marcus Wörwag və Monika Wörwag, eləcə də Gerhard Mayer tərəfindən idarə olunan ailə şirkətidir. Dr. Fritz Wörwag şirkəti 1971-ci ildə Ştutqartda açmışdır. Onun baş qərargahı Böblingen şəhərindədir.