• Address Ağdam rayonu, Şıxbabalı kəndi
Şirkət haqqında

Şirkətin fəaliyyət növü haqqında ətraflı məlumatı: “Agro Food İnvestments” MMC tərkibində təsis edilən “Zəfər Bağları” MMC yerli və xarici bazarı təmin etmək üçün, işğaldan azad edilmiş Ağdam, Xocalı, Xocavənd və Füzuli şəhərlərində bağçılıq fəaliyyəti ilə məşğuldur. Şirkətimiz hazırda Ağdam şəhərinin Şıxbabalı, Gülablı, Xıdırlı, Muğanlı, Çuxurməhəllə kəndlərində ümumi sahəsi 598 hektar və Xocalı şəhərində 551 hektar olmaqla, ümumilikdə 1149 hektar nar bağlarının becərilməsini təşkil edir. Əlavə olaraq Füzuli şəhərində 260 hektar yeni badam bağları şirkətimiz tərəfindən salınacaqdır.