Satınalma və Təchizat üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma və Təchizat üzrə Mütəxəssis

  • Deadline 9 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: ISR Plaza, 16-cı mərtəbə, Bakı, Azərbaycan

Vəzifəyə ümumi baxış:

Restoran sahəsində gündəlik və mövsümi məhsul ehtiyaclarını vaxtında, keyfiyyətli və səmərəli şəkildə təmin etmək məqsədilə təcrübəli Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.
Bu vəzifə şirkətin fəaliyyətində strateji əhəmiyyətə malikdir və restoran rəhbərliyi, baş aşpazlar və təchizatçılarla koordinasiyanı əhatə edir.

Əsas vəzifə öhdəlikləri:

  • Menyu və istehsalat planlamasına uyğun olaraq, gündəlik və mövsümi ərzaq və qeyri-ərzaq məhsullarının sifarişi və təchizatının təşkili
  • Restoran rəhbərliyi və baş aşpazlarla sıx əməkdaşlıq edərək onların tələbatlarının vaxtında və düzgün qarşılanmasını təmin etmək
  • Yerli və beynəlxalq bazarda etibarlı təchizatçılarla danışıqlar aparmaq, əməkdaşlıq qurmaq və qiymət-keyfiyyət-çatdırılma balansını təhlil etmək
  • Uyğun olmayan və ya zədələnmiş məhsullar üzrə geri qaytarma və zərərin minimuma endirilməsi prosesinin idarə edilməsi
  • Təchizat sifarişlərinin toplanması, sistemə daxil edilməsi və sənədləşmənin aparılması
  • Satınalma müqavilələrinin və ödənişlərin düzgün şəkildə aparılmasına nəzarət
  • Anbarla koordinasiya edərək məhsul dövriyyəsi, ehtiyat səviyyəsi və tələbat proqnozunun idarə olunması
  • Bazar qiymətləri, alternativ məhsullar və tədarükçülər üzrə mütəmadi monitorinq və təhlillərin aparılması
  • Təchizat büdcəsinə və xərclərə nəzarət, aylıq və rüblük hesabatların hazırlanması
  • Təchizat komandasının gündəlik fəaliyyətinin planlaşdırılması və iş bölgüsünün təşkili
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Təchizat və ya Qida mühəndisliyi sahəsində)
  • 25-40 yaş arası bəy namizədlər
  • Restoran, catering və ya qida sənayesində ən azı 3 il satınalma və təchizat sahəsində iş təcrübəsi
  • Qida təhlükəsizliyi və keyfiyyət standartları haqqında məlumatlılıq
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Yaxşı danışıqlar aparmaq, müqayisəli təhlil etmək və strateji qərarlar vermək bacarığı
  • Stressə davamlılıq, təşəbbüskarlıq və nəticəyönümlülük
  • Komanda ruhu və yüksək işgüzar etika
  • Azərbaycan dili – sərbəst
  • İngilis dili – orta səviyyədə; rus dili bilikləri – üstünlükdür

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Şirkət tərəfindən təmin olunan nahar
  • İş rejimi: həftə içi 5 iş günü (Bazar ertəsi – Cümə)
  • İş saatları: 09:00 – 18:00
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun qeydiyyat
  • Peşəkar və dəstəkləyici komanda
  • Karyera inkişafı və öyrənmə imkanları

Müraciət qaydası:

Zəhmət olmasa CV-nizi “Satınalma və Təchizat üzrə Mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

  • Daily12
  • Weekly608
  • Monthly1156