166 Cargo 166 Cargo
  • 368

Monitorinq üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Monitorinq üzrə mütəxəssis

  • Deadline 17 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə tələbləri: 

  • Ali təhsil arzuolunandır 
  • Azərbaycan, Rus dili arzuolunandır 
  • Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır. 
  • Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun) 
  • Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı 
  • Yaş həddi: 20-38 
  • BƏY namizədlərə üstünlük verilir
  • Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı 

Vəzifə öhdəlikləri: 

  • Gündəlik əməliyyatların düzgün və effektiv icrasına nəzarət etmək; 
  • Uçuşlar və daşımalarla bağlı prosesləri izləmək və vaxtında yoxlamaq; 
  • Şirkətin yerli və xarici partnyorları ilə danışıqlar aparmaq; 
  • ETGB (elektron ticaret Gömrük bəyannaməsi) sənədlərini sistem üzərindən xarici partnyorlara ötürmək; 
  • Bağlamaların SLA-ya (Service Level Agreement) uyğun çatdırılmasına nəzarət etmək, uyğunsuzluqları dərhal aradan qaldırmaq; 
  • Naməlum bağlamaların sahiblərinin araşdırılması; 
  • Yeni paylama nöqtələrinin sistemə əlavə edilməsi və eləcə də xarici partnyorların sisteminə ötürülməsi; 
  • Yeni paylama nöqtələrinin lisenziyalarını müvafiq dövlət portalında yoxlamaq;  
  • Xarici Gömrük yoxlanışı zamanı saxlanılan bağlamaları izləmək və vaxtlı-vaxtında sistemdə yeniləmək; 
  • Yerli Gömrük yoxlanışı zamanı saxlanılan bağlamaları izləmək və vaxtlı-vaxtında sistemdə yeniləmək; 
  • Xarici anbardan göndərilməyən bağlamaları izləmək; 
  • Kompensasiya idarəetməsi (Xarici tərəfdaşlardan gələn məlumatlar əsasında yerli tərəfdaşlara və ya digər icra orqanlarına yansıtma); 
  • Birgə müəssisə ilə APİ inteqrasiya zamanı yarana biləcək məlumat axını problemlərini daima izləmək (saylar, statuslar və s.); 
  • Mərkəzi anbarla daima koordinasiyada olmaq, fiziki olaraq göndərilən qutuların sistem üzərindən doğru olub olmamasını yoxlamaq; 
  • Müxtəlif şöbələr arasında koordinasiyanı təmin etmək və iş axınını optimallaşdırmaq; 
  • SOP (Standard Operating Procedure) sənədlərini hazırlamaq, yeniləmək, əməliyyat proseslərinin SOP-lara uyğun həyata keçirilməsini təmin etmək və uyğunsuzluqları aradan qaldırmaq; 
  • Hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Ay ərzində itki sayını minimallaşdırmaq. 

İş şəraiti:

  • İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü 
  • İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00 
  • Ünvan: Bakı ş, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243, Droqal döngəsi 4 
  • Nahar vaxtı mövcuddur. 
  • Əmək haqqı: 650-700 AZN 

Maraqlanan şəxslər öz CV-lərini “Monitorinq üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. 

Əlaqə nömrəsi: +994552023166 

  • Daily22
  • Weekly578
  • Monthly1575