Vəzifə öhdəlikləri:
- Məlumatların şərh edilməsi və statistik üsullardan istifadə edərək nəticələrin təhlil edilməsi, Marketinq komandası üçün davamlı hesabatların hazırlanması;
- Marketinq kampaniyaları üçün uyğun hədəf qruplarının müəyyənləşdirilməsi və əsas məlumat nöqtələrinin seçilməsi;
- Mövcud məlumatları istifadə edərək marketinq kampaniyalarının hədəflənməsinin daim təkmilləşdirilməsi yollarının araşdırılması və əlavə məlumat mənbələri üzrə tövsiyələrin hazırlanması;
- Hədəf marketinq kampaniyalarının nəticələrinin təhlil edilməsi və onların səmərəliliyini optimallaşdırmaq üçün təhlillərin aparılması;
- Mürəkkəb məlumat dəstlərinin təhlili vasitəsilə inkişaf meyllərinin və potensial imkanların müəyyən edilməsi;
- Analitik hesabatların və qrafiklərin hazırlanması.
Tələblər:
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahədə ali təhsil;
- Data analitik kimi min. 1 il iş təcrübəsi;
- Məlumat modelləri, verilənlər bazası dizaynı, verilənlərin əldə edilməsi və seqmentləşdirmə üsulları üzrə texniki təcrübə;
- Statistika bilikləri və verilənlər bazasının təhlili üçün statistik paketlərlə (məsələn, Excel) işləmə təcrübəsi;
- Təfərrüatlara və dəqiqliyə diqqət yetirməklə böyük həcmli məlumatların (BS4, Selenium) toplanması, təşkili, təhlili və yayımlanması üzrə analitik bacarıqlar;
- Python bilikləri, həmçinin Machine Learning modellərinin səmərəli tətbiqi və proqnozların verilməsi bacarığı;
- SQL bilikləri və mürəkkəb sorğuların yazılması üzrə təcrübə;
- Təqdimat bacarığı;
- Power BI ilə interaktiv hesabatların və vizualizasiya panelinin hazırlanması təcrübəsi.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 1000-1300 azn;
- Ünvan: Yeni Həyat Plaza ( Zərifə Əliyeva küçəsi 55).
Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında qeyd edilmiş elektron poçt ünvanına göndərməkləri xahiş olunur.