166 Yükdaşıma və Logistika şirkəti “Korporativ satış üzrə mütəxəssis” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
- Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
- Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
- Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
- Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
- Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.
- Zəruri hallarda işgüzar səfərlərə (ezamiyyətlərə) çıxmağa hazır olmaq.
Tələblər:
- Yalnız bəy namizədlər;
- Ali təhsil;
- Satış sahəsi üzrə minimum 3 il iş təcrübəsi olmalı;
- Azərbaycan dili səlis, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Güclü ünsiyyət bacarığı;
- Kollektiv ilə işləmə bacarığı;
- Şəxsi avtomobilinin olması üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 1000 azn + bonuslar;
- Ünvan: Yeni Həyat Plaza (Zərifə Əliyeva küçəsi 55).
Uyğun namizədlərdən CV-lərini “Korporativ satış üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.