166 Yükdaşıma və Logistika 166 Yükdaşıma və Logistika
  • 157

Marketinq üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq üzrə aparıcı mütəxəssis

  • Deadline 5 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

166 Yükdaşıma və Logistika şirkəti “Marketinq üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.

Tələblər:

  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi; 
  • Sosial media platformaları və onların idarə olunması üzrə yaxşı biliklər; 
  • Kontent planlaşdırılması və marketinq fəaliyyətlərinin təşkili sahəsində təcrübə;
  • Tapşırıqların idarə olunması və koordinasiya bacarıqları; 
  • Analitik düşüncə və effektiv ünsiyyət bacarıqları; 
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili biliyi üstünlükdür); 
  • MS Office proqramlarında işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin xidmət istiqamətləri üzrə marketinq fəaliyyətlərinin koordinasiyasını həyata keçirmək; 
  • Xidmət rəhbərləri ilə müntəzəm əlaqədə olaraq marketinq ehtiyaclarını müəyyənləşdirmək və fəaliyyət planları hazırlamaq; 
  • Sosial media üzrə kontent planlarının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək; 
  • Foto və video çəkilişlərinin təşkili, ssenarilərin və çəkiliş planlarının hazırlanmasını koordinasiya etmək; 
  • Dizayner, kopirayter, motion dizayner və digər komanda üzvləri üçün briflərin hazırlanmasını təmin etmək və tapşırıqları koordinasiya etmək; 
  • Hazırlanmış marketinq materiallarının yoxlanılması və təsdiqlənməsi prosesində iştirak etmək; 
  • Sosial media hesablarında paylaşımların planlaşdırılmasını və dərc edilməsini təmin etmək; 
  • Marketinq kampaniyalarının icrasını izləmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
  • Müxtəlif xidmət istiqamətləri üzrə aksiya və kampaniyaların hazırlanmasında iştirak etmək; 
  • Komandadaxili iş bölgüsünü və tapşırıqların koordinasiyasını təmin etmək, işlərin vaxtında tamamlanmasına nəzarət etmək; 
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və inkişaf üzrə təkliflər vermək.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
  • Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.

Uyğun namizədlərdən CV və portfolio-larını “Marketinq üzrə aparıcı mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

  • Daily1
  • Weekly726
  • Monthly726