Vəzifə öhdəlikləri:
- Ödənişlərini gecikdirən və ya borcu olan sürücülərlə əlaqə saxlamaq;
- Borcların vaxtında yığılmasını təmin etmək;
- Borclu sürücülərlə görüşlər keçirmək və effektiv danışıqlar aparmaq;
- Borcların ödənilməsi prosesinə nəzarət etmək;
- Problemli halların araşdırılmasında və həllində iştirak etmək;
- Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Namizədə tələblər:
- Kişi namizədlər;
- Yaş: 28–45;
- Güclü ünsiyyət və inandırma bacarığı;
- Məsuliyyətli, intizamlı və prinsipial olmaq;
- Stressə davamlı olmaq və konfliktli situasiyaları idarə etmək bacarığı;
- Qətiyyətli xarakterə və operativ qərarvermə qabiliyyətinə malik olmaq;
- Təmsilçilik qabiliyyəti, səliqəli və özünəinamlı xarici görünüş;
- Fiziki cəhətdən sağlam və aktiv olmaq;
- Borcların yığılması, satış, təhlükəsizlik sahəsində iş təcrübəsi vacibdir
İş şəraiti:
- İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
- Əmək haqqı: sabit əmək haqqı + bonus sistemi (müsahibə əsasında müəyyən edilir);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Borcların yığılması üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.