Marketinq və innovasiyalar üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq və innovasiyalar üzrə menecer

  • Deadline 12 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat: 

  • Şirkətin marketinq strategiyasının tərtibi və həyata keçirilməsinə rəhbərlik etmək
  • Marketinq komandasının işinin effektivliyini təmin etmək və müvafiq əməkdaşlara tapşırıqlar təyin etmək 
  • Xidmətin məqsədlərinə uyğun olaraq bütün marketinq kanallarında (rəqəmsal və off-line) kampaniyaların idarə edilməsi
  • bazar tendensiyaları haqqında dərin araşdırmalar apararaq, biznesin inkişafı üçün yenilikçi fikirlərin tətbiqi
  • ROI, CJM və  LTV analizi 
  • Şirkət daxilində marketinq və satış komandaları arasında əlaqələndirici rolunu oynamaq
  • Digər şirkətlərlə kommunikasiya və işbirliyi qurmaq ( ortaq aksiyalar və s.) 
  • Müştəri loyallığını artıracaq strategiyalar hazırlamaq 
  • Aylıq və illik hesabatlar hazırlamaq 

Tələblər:

  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil
  • Müvafiq  sahə üzrə ən az 3  il iş təcrübəsi 
  • Dil bilikləri: Azərbaycan dili sərbəst . Rus yaxud ingilis dili üstünlükdür
  • Puntual, kreativ və innovativ olmaq
  • Geniş marketinq bilikləri və müxtəlif kanallarda (xüsusilə digital marketinq) uğurlu kampaniyaların idarə edilməsi təcrübəsi
  • Analitik düşüncə qabiliyyəti, məhsulun bazar mövqeyini gücləndirəcək strateji yanaşmaların inkişaf etdirilməsi bacarığı
  • Komanda üzvlərini motivasiya etmək və onların inkişafına dəstək olmaq bacarığı
  • Yüksək təşkilatçılıq, planlaşdırma və icra bacarıqları
  • Güclü şifahi və yazılı kommunikasiya bacarığı
  • Texnoloji yenilikləri izləyən və inkişafa meyilli 
  • İnkişafa meyilli, yeni biliklər əldə etməyi sevən və həsuliyyətli
  • Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü 
  • Tapşırıqların idarə edilməsi üçün olan proqlamlarla işləmə bacarığı ( Trello, Jira, Asana və s.) 

Biz nə təklif edirik? 

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı 
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək 

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Marketinq və innovasiyalar üzrə  menecer” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmənizi xahiş edirik. 

  • Daily0
  • Weekly140
  • Monthly2593