Sürücü cəlbi üzrə satış mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürücü cəlbi üzrə satış mütəxəssisi

  • Deadline 30 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətinin balansında olan avtomobillərə  yeni sürücülərin aktiv cəlb olunmasını təmin etmək; 
  • TikTok, Instagram və digər sosial şəbəkələr vasitəsilə potensial sürücülərlə əlaqə qurmaq; 
  • TikTok və Instagram platformalarında canlı yayımlar apararaq şirkətin əməkdaşlıq şərtlərini təqdim etmək və sürücüləri əməkdaşlığa cəlb etmək; 
  • Potensial sürücülərin suallarını cavablandırmaq, etirazlarını idarə etmək və onları əməkdaşlığa yönləndirmək; 
  • Potensial sürücülərlə ilkin müsahibələr keçirmək; 
  • Əməkdaşlıq şərtləri, plan sistemi və iş prosesi barədə ətraflı məlumat vermək; 
  • Yeni sürücü cəlbetmə üsullarını araşdırmaq və təkliflər irəli sürmək. 

Tələblər:

  • Xanım namizədlər; 
  • Aktiv satış, müştəri cəlbetmə və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi; 
  • Kamera qarşısında sərbəst çıxış etmək və canlı yayımlar aparmaq bacarığı; 
  • TikTok, Instagram və digər sosial şəbəkələrdən aktiv istifadə bacarığı; 
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; 
  • Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq.

Şərtlər:

  • İş qrafiki: 5 günlük, 09:00 – 18:00
  • İş yeri: Nəqliyyat mərkəzinin ofisi
  • Əmək haqqı + bonus sistemi 

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini “Sürücü cəlbi üzrə satış mütəxəssisi”  qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər 

  • Daily3
  • Weekly434
  • Monthly2701